Vaxt.Az

Antonova 10-dan çox raket atlıb


 

Dnepr üzərindəki keçidlərə nəzarət Xerson döyüşlərində əsas faktora çevriləcək

Antonova 10-dan çox raket atlıb İyulun 26-dan 27-nə keçən gecə Dnepr çayı üzərindəki Antonovski körpüsünün Ukrayna qüvvələri tərəfindən vurulduğu bildirilir. Açıqlamanı Xerson vilayətinə Moskvanın təyin etdiyi başçı müavini Kiril Stremousov verib. Zərbənin HIMARS qurğularından endirildiyi bildirilir.

Ukrayna komandanlığı da 1.4 kilometrlik körpüyə zərbələr endirildiyini təsdiqləyib.

Dnepr çayı üzərindən keçən dəmiryolunun da zədələndiyi xəbər verilir.

Stremousovun sözlərinə görə, Antonov körpüsünə 10-dan çox raket atılıb. Onların bəzilərinin vurulduğu, körpüdə təmir işləri aparıldığı deyilir.

Dnepr üzərində əsas keçidlərdən sayılan Antonovski körpüsünə Rusiya qüvvələri nəzarət edir. Çayın sağ sahilində yerləşən Rusiya qoşun qrupları həmin körpü vasitəsilə təchiz olunur.

Britaniya kəşfiyyatı həftəlik hesabatında qeyd edirdi ki, Dnepr üzərindəki keçidlərə nəzarət Xerson döyüşlərində əsas faktora çevriləcək.

Körpü daha öncə də Ukrayna tərəfdən atəşə tutularaq dağılmış, yük daşımalarına bağlanmışdı. O zaman da Ukraynanın HİMARS qurğularından istifadə etdiyi bildirilirdi.

Son həftələr Ukrayna hərbçiləri HİMARS vasitəsilə Rusiya qoşunlarına zərbələri artırıb. ABŞ-ın dəyərləndirməsinə görə, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 100-dən çox “yüksək dəyərli” hədəflər vurulub. Ancaq Rusiya ərazisinə zərbə endirilməyib.

Pentaqon Ukraynaya HİMARS üçün 80 km-dək radiusu vura bilən döyüş sursatının verildiyini bildirib. Yəni, 300 km-i vura bilən raketlər Kiyevə göndərilmir.

 





27.07.2022    çap et  çap et