«ATƏT-in Minsk Qrupu daha mövcud deyil, o, artıq özünü bitirib». Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında Ermənistan prezidentinin keçmiş baş müşaviri, tanınmış politoloq Jirayr Liparityan bildirib.
Onun sözlərinə görə, Minsk Qrupu üçlüyü hətta tutaq ki, Nigeriya, Mali və Malta kimi ölkələrin edə biləcəyini belə eləmir: «ABŞ Nigeriyadan fövqəldövlət olması ilə fərqlənir. Deməli, onun prosesə hansısa təsiri olmalıdır. Amma Amerika deyir ki, heç nə edə bilməz və yalnız təkliflərlə çıxış edir».
Xatırladaq ki, Liparityan Qarabağ probleminə az-çox realist yanaşan azsaylı erməni politoloqlarındandır. O, məsələnin həllində məhz ABŞ-ın həlledici rol oynaya biləcəyini düşünür.
çap et