Bu arada, Çinin lideri Si Tsinpin beynəlxalq aləmdə gərginliyin artdığına diqqət çəkərək ölkə ordusunun modernləşdirilməsi zərurətini bildirib. Si Tsinpin bunu deyərkən Çinin milli təhlükəsizliyinə xarici təhdidlərin varlığına işarə edib. Tsi Sinpin xarici təhdid haqqında danışarkən ilk növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ancaq Çinin qonşularıyla da münasibətləri normal deyil.
Si Tsinpin mövcud vəziyyətdə ordunun peşəkar kadrlarla təmin olunması vacibliyini vurğulayıb. Tsinpin hesab edir ki, Çin ordusu standartlarını artırmalıdır. Bu hədəfə 5 ilə çatılması planlaşdırılır. Tsinpin “orduya peşəkar kadrlar cəlb olunmalıdır” dedikdə həmin kadrları partiyanın siyasi xəttinə sadiq qalması vaciblyini də sözlərinə əlavə edib.
Si Tsinpin ordunu nədən moderləşdirməyə və yeni kadrlarla təmin olunması vacibliyini səsləndirib?
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çinin artan gücü də beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. ABŞ, Yaponiya, Avstraliya, Hindistan, hətta Vyetnam da Çinin artan hədəflərindən narahatdırlar. Çinin Tayvan adasını ələ keçirmək planları da narahatlıq doğurur. Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir, sadəcə bunun nə zaman həyata keçiriləcəyi ilə bağlı hələ qərar verməyib. Pekin qarşısına belə bir hədəf qoyubsa, ordusunu modernləşdirməli və müasir silahlar təchiz etməlidir. Si Tsipinin “orduya cəlb olunanlar Kommunist Partiyasının siyasətinə sadiq qalmalıdırlar” fikri isə ona dəlalət edir ki, ordu komandanlığı partiyanın əmrlərini yerinə yetirməli və fərqli fikirlərə yer verilməməlidir.