CENTCOM-un bildirdiyinə görə, Amerika qüvvələri hücumlara “Apaçi” hücum helikopterləri ilə cavab verib. Ən azı üç avtomobil vurulub və raketlərin atılmasına görə məsuliyyət daşıdığı güman edilən bir neçə nəfəri öldürülüb.
Məlumata görə, qarşıdurma yerli vaxtla saat 7:20 radələrində başlayıb. ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket hücumları və onların cavabı təxminən iki saat davam edib.
Adının açıqlanmasını istəməyən rəsmilər “Reuters”ə bildiriblər ki, ilkin məlumatlar zərbələr nəticəsində İranın dəstəklədiyi qeyri-müəyyən sayda yaraqlı öldürülüb.
“İranın dəstəklədiyi qüvvələrin dünyanın heç bir yerində, o cümlədən Suriyadakı qüvvələrimizə qarşı hücumlarına dözməyəcəyik və qüvvələrimizi bu cür hücumlara qarşı cavab verməkdən çəkinməyəcəyik", – deyə, Amerika müdafiə nazirinin müdafiə məsələləri üzrə müavini Kolin Kall bildirib.
Amerikanın yüksək rütbəli müdafiə rəsmisi də “Politico”ya bildirib ki, bu hücumlara görə məsuliyyəti İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) daşıyır.