“Google”un kibertəhlükələrin təhlili departamentinin avqustun23-də dərc olunan hesabatına görə, İran hökumətinə bağlı hakerlər “Hyperscript” adlı proqram təminatından istifadə edərək “gmail”dəki bəzi istifadəçi məlumatlarına da daxil ola bilib, “Yahoo” və “Microsoft Outlook”un e-poçt məlumatlarını oğurlaya biliblər.
“Google” ekspertlərinin fikrincə, bu proqram hakerlərə heç bir iz qoymadan qurbanlarının e-poçt hesablarından məlumatları oğurlamağa imkan verir.
Bu hesabatda, texniki detallara və “Hyperscript”in necə işlədiyinə işarə edilərkən, bu zərərli proqramın davamlı və aktiv şəkildə inkişaf etdirildiyi vurğulanır.
İran, Rusiya və Şimali Koreya kibertəhlükəsizlik şirkətlərinin Qərb mərkəzlərinə haker hücumları ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyi ölkələr sırasındadır.