Vaxt.Az

Neft bahalaşıb


 

“Azeri Light” 100 dollara çatıb ...

Neft bahalaşıb Avqustun 24-də İtaliyanın Auqusta limanında Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti 101,52 dollar olub ki, bu da əvvəlki göstəricidən 0,45 dollar çoxdur.

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 99,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 77,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 98,89 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.

 





25.08.2022    çap et  çap et