Yanq əlavə edib ki, səfər hər iki tərəfin münasibətlərə böyük önəm verdiyini göstərir.
Bundan başqa, səfər zamanı ölkə başçısının cədvəlində üç çıxış da nəzərdə tutulub.
On il əvvəl, tərəfdaşlıq rəsmiləşdiriləndən bəri münasibətlər inkişaf edib. Yanq bildirir ki, bu səfər münasibətlərdə növbəti mərhələyə təkan verəcək.
Hər iki tərəfdə son onillikdə böyük dəyişikliklər baş verib. Bu vaxt ərzində Avropa ticarət nəhəngi, Çin isə inkişaf etməkdə olan və qlobal iştirakçı kimi formalaşmağa başlayan ölkə olub.
Bir çox ekspertlərin fikrincə, Aİ də öz yanaşmasında xeyli püxtələşib. Bir vaxtlar insan hüquqları barədə məsləhətlərə məhdudiyyətlər qoysa da, indi gündə təqribən 1,3 milyard avroluq beynəlxalq ticarətə qadirdir.
Səfir və ekspertlər razılaşıblar ki, bu elə də asanlıqla baş verməyib. Yanq bildirib ki, «müdrik rəhbərlər» üstün gəlir və bütün ticarət münasibətlərində meydana çıxan problemlər diplomatiya və müzakirə yolu ilə həll edilir.
Qeyd edək ki, Çinin günəş enerjisindən bəhs edən paneldə və fransız şərabı barəsindəki son ticarət müzakirəsində də bu vəziyyət baş vermişdi.
Yanq bildirib ki, Çin tərəflər arasında münasibətlərin genişlənməsi və dərinləşməsi istiqamətində növbəti addımın Aİ-Çin azad ticarət zonası barədə imkanların müzakirəsinə başlamaq olmasını istəyir. Lakin Brüssel bu ilin əvvəllərində müzakirəsinə başlanılacaq ikitərəfli investisiya müqaviləsini başa çatdırmağı diqqətdə saxlayır. Brüssel bununla investorlar üçün müdafiə və hüquqi əminlik qazanmaq istəyir.
Yanq həmçinin Çin prezidentinin Brüggedə Avropa Kollecində baş tutacaq çıxışının Çinin strateji tərəfdaşlıq barədə mövqeyini və islahatları əks etdirəcəyini proqnozlaşdırır.
Yanq Çinin Avropanın inteqrasiya prosesini dəstəklədiyi, Aİ-nin də islahatları nəzərdən keçirdiyi bir vaxtda tərəfdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyini deyir.
Xatırladaq ki, Çin Kommunist Partiyasının üçüncü plenar iclasında Çin iqtisadiyyatını köklü şəkildə dəyişəcək geniş islahatlara qərar verilmişdi.
Müasir Çin tədqiqatları üzrə Brüssel institutunun rəhbəri Qustav Gerartsın (Gustaaf Geeraerts) sözlərinə görə, səfər tam vaxtında, Aİ və Çinin hər ikisinin fundamental və qlobal səviyyədə dəyişikliklərə start verəcəyi bir zamanda baş tutub.
O, əlavə edib ki, hər iki tərəfin fikirlərinin açıq-aydın dolaşdığı görünür, lakin müzakirələrə və münasibətlərə yanaşmada çox mühüm addım atılıb. «Hər iki tərəf realist gözləntilərdən başlayıb və uzunmüddətli münasibətlərin növbəti mərhələsinə hazırdır. Bizə isə sadəcə dəstək vermək qalır».