Dünən Rusiya prezidenti Vladimir Putin hərbi blokun rəhbərliyinin nümayəndələri ilə videobağlantı vasitəsilə dörd operativ görüş keçirib. Bütün görüşlər Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına həsr olunub. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iki iclasda iştirak edib. Bundan əlavə, Putin FTX və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi, həmçinin Nikolay Patruşevin iştirakı ilə görüş keçirib. Qeyd edilməlidir ki, Putin cəbhədə baş verənlərlə bağlı bütün məlumatlara malikdir. Hərbçilərin hesabatlarından və hərbi blokun rəhbərliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdən əvvəl prezident həmişə FTX-nın, bəzən də Xarici Kəşfiyyat Xidmətinin hesabatlarını oxuyur. Rusiya hərbi rəhbərləri bir şeyi başa düşməlidirlər ki, FTX cəbhədəki hərəkətlərlə bağlı bütün məlumatlara malikdir və bəzən onlar hərbi hakimiyyət orqanlarından daha çox məlumatlıdır. FTX-ıin hərbi rəhbərliyin bütün növ kommunikasiyalarına çıxışı var. Dünən, ilk görüşdən əvvəl Putin cəbhədəki vəziyyətlə bağlı onsuz da tam məlumatlandırılmış olub və əslində, hərbçilərə danışmaq imkanı verməyib, daha çox özü danışıb və əsasən kimin, nəyin və necə məhv etdiyini söyləyib.
İkinci görüş zamanı onlar vəziyyətin tam nəzarət altında olduğuna dair əminliklə prezidenti sakitləşdirməyə çalışsalar da, Patruşevin çıxışından sonra Putin yenidən “göyə sovrulmuş” sursat anbarlarının vəziyyətini “linza effekti” ilə izah etmək istəyən Baş Qərargah və Müdafiə Nazirliyinin nümayəndələrinə hücum edib. Onun fikirləri sözün əsl mənasında belə səslənib: “Sizin “linza effekti” бл..ть, anbarları partladır. Bu, sadəcə zərbənin effektidir. Düzü bu olardı ki, siz mənə lənətə gəlmiş “...... effekti” barədə məlumat verərdiniz, бл..ть”.
Üçüncü və dördüncü görüşlər daha rahat bir atmosferdə keçib və Putin axşam hesabatını hərbçilərdən vəziyyətə tam nəzarət edildiyinə dair zəmanətlə qəbul edib. Prezidentin müşavirələri zamanı olan vəziyyət son dövrlərin ən gərgin vəziyyəti kimi qiymətləndirilə bilər. Axşam saatlarında növbətçi həkimlər Putinin yanına çağırılıblar və onlar prezidentlə iyirmi dəqiqəyə yaxın vaxt keçiriblər. Prezidentin yaxınları müşahidə ediblər ki, Putin son vaxtlar “həddən artıq əsəbiləşir” və bu, həm onun yaxınlarına, həm də ətrafına mənfi təsir göstərir.