Vaxt.Az

İrana qarşı şəbəkə


 

ABŞ və region ölkələri mümkün təhlükələrə qarşı pilotsuz təyyarələr komanda mərkəzi yaradır

İrana qarşı şəbəkə “The Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ Hərbi Dəniz Qüvvələri İranın bölgədəki hərbi təhdidlərinə qarşı çıxmaq üçün İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə birgə pilotsuz təyyarələr şəbəkəsini işə salmaq üzrə işləyir.

Məlumatda ABŞ Hərbi Dəniz Qüvvələri gələn ilin yayına qədər region ölkələrində Misirdəki Süveyş kanalından İran sahillərinə qədər davam edəcək yüz kiçik müşahidə pilotsuz təyyarəsi şəbəkəsini yerləşdirməyi planlaşdırır.

Bu hesabata görə, bu pilotsuz təyyarələr öz məlumatlarını Amerika Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasına göndərəcək.

Başqa tərəfdən, Pentaqonun Manamadakı robot texnikası komanda mərkəzi bu pilotsuz təyyarələrin işinə nəzarət edəcək.

Həmçinin, daha əvvəl İsrail mediası Bayden administrasiyasının İranın təhdidlərinə qarşı İsrail ilə Misir, İordaniya və İraq da daxil olmaqla altı ərəb ölkəsi arasında müdafiə-təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalamağa çalışdığını bildirmişdi.

İranın Xarici İşlər Nazirliyi İsrail və ərəb ölkələrinin hava hücumundan müdafiə sistemləri ilə inteqrasiya planını “təxribatçı” adlandırıb və İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın bir saytın “Twitter” hesabında da bu ölkələri “qətiyyətli cavab”la hədələyib.

 





01.09.2022    çap et  çap et