- Krımın anneksasiyasını dəstəkləmiş ölkələrə Aİ-nin münasibəti necə olmalıdır?
- Düşünürəm ki, hər bir hala ayrılıqda baxmaq lazımdır. Qazaxlar və ya qırğızlar Rusiyanın lehinə mövqe bildirəndə bunu istədikləri üçün deyil, təzyiq altında olduqları üçün edirlər. Ermənistan isə fərqli məsələdir. Bu ölkə Krım və Qarabağ arasında paralellər görür. Düşünürəm ki, onlar «DQR»in Rusiya tərəfindən tanınacağına və yaxud da Qarabağın anneksasiyına ümid edirlər. Odur ki, kimin Rusiyanı necə və niyə dəstəkləməsi məsələsində diqqətli olmalıyıq. Xatırlayırsınızsa, Gürcüstan müharibəsi zamanı Aİ Belarusiyanı xəbərdar etmişdi. Separatçı ərazilərin tanınması ona baha otura bilərdi. Yanukoviç də Gürcüstanın separatçı rejimlərini tanıyacağını bəyan etsə də, buna əməl etməmişdi.
- Rusiya Qarabağın anneksasiyasını tanıya bilərmi?
- Əgər Krımın ardınca Dnestryanı bölgənin anneksasiyası həyata keçirilərsə, bunun ardınca Cənubi Osetiya və Abxaziya gələrsə, Ermənistanın Qarabağın anneksasiyasının Rusiya tərəfindən tanınacağına ümidi artacaqdır. Təbii ki, Rusiyanın digər bölgələri anneksasiya etməsi inandırıcı haldır. Ancaq Rusiya Qarabağın anneksasiyasını tanımayacaqdır. Çünki indiki halda onun regionda təsir imkanları var və Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edə bilir. Bununla belə, Ermənistan ümid etməkdə davam edir.
- Aİ-nin Krım və Qarabağla bağlı mövqeyi eyni olmalı deyilmi?
- Tamamilə eyni olmalıdır. Fikrimcə, əsas problem ondadır ki, son illərdə avropalılar və amerikalılar ərazi bütövlüyü məsələsində aydın mövqe nümayiş etdirə bilməyiblər. Bunun bədəlini isə indi ödəyirlər. Kosovo məsələsində tutduğu mövqe Qərbin böyük səhvi idi. Kosovo məsələsinin fərqli olduğunu milyon dəfə təkrar etsək belə, Rusiya «Siz Kosovo və İraqda istədiyinizi etdiniz, mən isə Gürcüstan və Ukraynada istədiyimi edirəm» deyəcək. Qərbdə belə bir çoxları onun bu arqumentlərini qəbul edəcək.