ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) sentyabrın 12-də Yerin yanından uçacaq asteroidlə bağlı xəbərdarlıq edib. Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.Asteroid ilk dəfə 2008-ci il sentyabrın 8-də kəşf edilib.
Kosmik qayanın diametri demək olar ki, 94 metrdir və o, sentyabrın 12-də 6,7 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.
Asteroidin sürəti saatda təxminən 36.720 km-dir. Uzunluğu 150 metrdən çox olmadığı üçün asteroid potensial təhlükəli kateqoriyasına aid edilməyib. (Oxu.az)
çap et