Vaxt.Az

Xameneyi ölüb?


 

Ayətullanın oğlu onun vəzifəsinə hazırlanır

Xameneyi ölüb? İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneyinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır.

Güney Azərbaycanın şərq vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisi “Amerikanın səsi”nə açıqlamasında iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığını təsdiqləyib. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Qeyd edək ki, Xameneyinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

 





12.09.2022    çap et  çap et