8 noyabra olan proqnozlar Demokratlar üçün yaxşı vədlər vermir.
Nensinin Tayvana hay-küylü səfəri Çin-ABŞ məsələsi olmaqdan dəfələrlə çox ABŞ seçicisinin – Demokrat partiyasının məsələsi idi.
Demokratlar Partiyasının erməni icmasının səslərinə və maliyyə və media dəstəyinə də ciddi ehtiyacı var. Düzdür, ABŞ erməni icması ənənəvi olaraq Demokratlar partiyasını dəstəkləyir. Amma siyasi rəqqas kimi seçkiöncəsi bir-iki erməni rəqsi də eləməlisən axı. Yoxsa adi erməni səsvermə məntəqəsinə getməyi unuda bilər.
Erməni icmasının çox yaxın dostu, böyük dəstəkçisi (və təbii ki onlardan böyük fayda görən) olsa da Nensi İrəvanda bu rəqsi öz çıxarları üçün edir. Özü də Ermənistanı uçurumun kənarında oynatdığı da vecinə deyil. Bu an ona Ermənistan yox, erməni icmasının səsləri lazımdır.
Bəs Rusiya düşməni ABŞ-la rəqsin təsirindən məst olmuş erməniləri ayılda biləcəkmi? Kreml İllərdir qucağında bəslədiyi sevgilisini itirir. Ona çətin anında xəyanət etmiş sevgilisini geri qaytara biləcəkmi?
Bugünkü toyun ardınca ağır, haylı-küylü, qalmaqallı boşanma gözləyənlər haqlıdırlar.
Qoca Rusiya daha Ermənistanın işinə yaramır.