Vaxt.Az

Türkiyədə dörd İran casusu həbs edilib


 

Xeyli saxta sənəd, casus cihazı ələ keçirilib

Türkiyədə dörd İran casusu həbs edilib Türkiyə mediasının yazdığına görə, İstanbulda 4 İran vətəndaşı “siyasi və hərbi casusluq məqsədilə hökumətə aid məlumatları toplamaq” ittihamı ilə həbs edilib.

İstanbul polisi açıqlamasında bildirib ki, immiqrant qaçaqmalçılığı ilə mübarizə idarəsinin əməkdaşları bir iranlı cütlük və daha iki İran vətəndaşının saxta sənədlərlə immiqrantları Türkiyəyə keçirməyə cəhd etdiklərini müəyyən ediblər.

Açıqlamaya görə, saxlanılanlardan onlarla xarici və Türkiyə pasportu, kəşfiyyat və casusluq fəaliyyətlərində istifadə edilən bir dinləmə cihazı ələ keçirilib.

Bəyanatda əlavə edilib ki, onlar daha əvvəl də İstanbulda “miqrant qaçaqmalçılığı əməliyyatı” zamanı həbs ediliblər.

 





17.09.2022    çap et  çap et