Bu arada, Çin Kommunist Partiyası qurultaya hazırlaşır. 5 ildən bir keçirilən qurultayda Si Tsinpinin yenidən partiyanın və ölkənin liderin seçiləcəyi bildirilir. Si Tsinpin virusla mübarizəni yenidən sərtləşdirməklə qurultaya qədər virusun yayılmasının qarşısını almaq istəyir. Si Tsinpin virus təhlükəsinə ciddi yanaşır. Misal üçün Çin lideri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən zirvə toplantısında həmkarlarından maska taxmalarını xahiş edirdi. Heç zaman maska taxmayan Belarus prezidenti Aleksandr Lukaşenko Si Tsinpinlə görüşdə qaydalara riayət etmək məcburiyyətində qaldı.
Çində sentyabrın 5-də baş verən zəlzələ çinlinlərin təhlükəli bölgələləri tərk etməsini məhdudlaşdırıb. Zəlzələyə baxmayaraq, çinli rəsmilər karantin şərtlərini yumşaltmayıblar. Əksinə, qadağalar daha da sərtləşdirilib, bu da sakinlərin işini və dolanışıq vasitələrini itirməyə meylli olduqları üçün sıxıntıya səbəb olub. Sosial şəbəkələrdə çinlilərin “bizdən dağılmış evlərdə qalmağı tələb edirlər” kimi statusların sayı çoxalıb. Çinlilərdən biri “düşünürəm ki, binanın içərisində ölsəm, yaxşı olar, heç olmasa yoluxmaram” yazaraq mövcud vəziyyətə istehza edib.
Çin rəhbərliyi hesab edib ki, zəlzələ nəticəsində başqa bölgələrə köçmək istəyənlər virusu digər ərazilərə yaya bilərlər. Zəlzələ nəticəsində 80-ə yaxın insanın həlak olub. Evləri zərər görən çinlilər yerdəyişmədən əvvəl COVİD testi vermək məcburiyyətində qalıblar. Çində artan məhdudiyyətlər bir qrup çinli ilə polislər arasında toqquşmalara səbəb olub.
Beynəlxalq “Human Rights Watch” təşkilatı zəlzələ qurbanlarının acınacaqlı durumu və Çindəki sərtləşən məhdudiyyətlərdən narahatlığını ifadə edib. Pekinin ölkə içində tətbiq etdiyi “sıfır COVİD” insan haqlarının məhdudlaşdırılması kimi qiymətləndirilib. Hadisələrin gedişatı göstərir ki, “sıfır COVİD” problemi həll etmir, sadəcə virusun yayılmasını müvəqqəti ləngidir.