Erməni diasporu mövcud və güclü olduqları ölkələrdə Azərbaycan səfirliklərinə hücumlara bu qazla başlayıb...
Ondan bir az da versinlər, haylar qışda isinsinlər..
...Putin növbəti xəyanəti və hiyləgər aldatmacaları bu dəfə də Paşinyana bağışlamaycaq...
Həm də yalnız iqtisadi təzyiqlərlə kifəyətlənməyəcək...
"Qaz silahı" Avropa üçündür; mədəni, təmkinli, ideoloji olaraq əsaslandırılmış, dünya mediasının monitorinqi altında yürüdülən...
"Pulumu ver, rublla ödə, qazını verim"...
Ermənistanla belə davranmır, Rusiya ona qəzəblənəndə...
Siyasəti dərindən bilənlər və məlumatlı oxucular nə demək istədiyimi anlayırlar...
Necəmi davranır?
Buna çox yaxşı nümunə var və o nümunəyə bizim imzamız atılıb...
...Ən azından, əlini çəkir Ermənistandan, 44 gün susur və Azərbaycan öz haqq davasını tək-təkə aparmaq fürsəti əldə edir...
Rusiyaya "yanlış yapan" öz slavyan qardaşı, qan qardaşı olanda da keçmir...
Pəncəsini atır...
Tamam, Ukraynada "Rus Ayısı"nın pəncəsini qırdılar, yaraladılar, anladıq, qəbul...
Amma yaralı "Rus Ayısı" Ukraynanı da yaman günə qoydu...
Rusiya belədir - onun ən böyük yaxşılığı etmədiyi pislikdir!
İndi ABŞ onun forpostuna - Ermənistana əl atır, Rusiyanın nəzarət etdiyi "əraziyə" girir, öz adamı saydığı Paşinyana dəstək verir...
Azərbaycanı hədəfə götürərək, bizə qarşı haqsızlıq və ikili standart həyata keçirdərək edir, bunları...
Nensinin o saxta anıtda axıtdığı göz yaşları, ünvanımıza dediyi o allahsız ittihamlar ABŞ -ı yudu, apardı ürəklərimizdən!
Amerika İrəvana iddia edir!
Təkcə Nensi nənə ilə yox...
Təkcə "timsah göz yaşları" ilə deyil!
Ondan əvvəl o nəydi; ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin direktoru İrəvana gəlmişdi...
Amerikanı idarə edən 5 təsisatdan birinin - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Vilyam Börns iyul ayında Ermənistana qəfil səfər etdi...
Adam dünya çapında elə böyük birisi ki, onun ağırlığından İrəvan əyilmişdi, götürmürdü bu ağırlığı...
Niyə və nə üçün? Amerika boyda Börnsün İrəvanda nə işi vardı? İranlamı görüşürdü?
Paşinyanla nə danışdı?
Bütün suallar hələ də sirr olaraq qalır...
Ardınca başqa Amerikalı yetkililər axışdılar, İrəvana...
Ən sonda da ATƏT-in Minsk Qrupunun yeni həmsədri, Qafqazda danışıqlar üzrə baş məsləhətçi Flip Riker Ermənistana gəldi və ...
Nəticəni ermənilərlə bərabər biz də yaşayırıq.
Ermənistan sərhədlərdə, ermənilər Avropada qızışdılar...
Təxribat etdilər, Şəhidlərimiz oldu, sayı yenə artacaq kimi əndişəm var...
Avropadakı Səfirliklərimizin qapısı təpiklənir...
Amerikanın qaz verdiyi Ermənistan və dünya erməniliyi revanş xətti seçir...
Yalnız Rusiyadakı erməni diasporu fərqlidir; onlar iki gündür sözün həqiqi mənasında a*nqırırlar, bağırırlar, Paşainyan Ermənistanı Rusiyaya qarşı qoymaqla, dövləti və hər şeyi təhdid altına saldı, deyə söyürlər Nikolu!
"Bizi kim müdafiə edəcək, Rusiya əlini çəksə, Türkiyə - Azərbaycan ordusu 2 saata Yerevana girəcək, siz xalqı məhv etmək istəyirsiz!!!"
Bunları erməni kökənli Rusiyalı polotoloq Semyon Bağdasarov Solovyovun tribunasından ("Solovyov live” ) hayqırır!
Rusiyadakı tanınmış ermənilər Nensini və Amerikanı lənətləyirlər!
Bununla Azərbaycana, onun ordusuna kart - blanş verildiyini iddia edir və bunu açıq söyləyirlər!
Və bu dəfə düz deyirlər!
...Rusiyanın indiki an baxımından Ukraynaya, hətta Azərbaycana (Türkiyə dəstəyi səbəbindən) zoru yetməyə bilər...
Amma və lakin Ermənistana...
Rusiya Ermənistanı Azərbaycana və Türkiyəyə verər, fəqət Amerikaya "не за что"!
...Amerikanın bizi "seçmədiyinə" üzülənlər varsa, üzülsünlər!
Ondan bir şey olmaz!
Əsas Rusiya Ermənistanı yenidən gözdəsi olaraq seçməsin.
Bunun nə demək olduğunu son 30 ildə görmüşük, yaşamışıq...
Bunun əksinin nə demək olduğunu son iki ildə yaşamaqda, görməkdəyik!
Rusiyanın Paşinyan səbəbindən rəsmi İrəvana münasibəti dəyişəndən, bizim millət olaraq, həyatımız dəyişdi!
Vəziyyətimiz və milli hədəflərimiz yaxşılığa doğru yeniləndi...
Qarşıdakı 3 ayda bizi böyük olaylar gözləyir!
Ermənistana 12-14 sentyabrda verilən dərs Qazaxın kəndlərinin qaytarılması ilə bağlı idi.
Qaytarılacaq!
Azərbaycan öz torpaqları olan Qarabağda daha rahat və daha iddialı davranacaq!
Xocalı, Xankəndi, Ağdərə və digər bölgələrdə tam suverenliyimizin bərpası üçün gözəl ortam yetişib.
Nəticələr də gözəl olacaq!
Sülh müqaviləsi milli strategiyamızdır, Paşinyanı imzaya məcbur etməliyik.
Azərbaycanın ərasi bütövlüyünü tanısın və imzalasın.
Sərsəm "Artsax" nağılını da bir imza ilə bitirsin.
İmzalayacaq!
Zəngəzur dəhlizi əsas hədəfimizdir.
Açılacaq!
Açılmasa, ləngisə - Qarabağdakı yeni yolu bağlayacağıq!
Öncə iki günlük, xəbərdarlıq olaraq, sonra da tam və birdəfəlik!
Zəngəzur dəhlizi açılana qədər!
Qarabağ təmizlənməlidir, hər cür pislikdən!
Gözəl şərait yaranır və təmizlənəcək!
...Bir millət olaraq, düz 28 il sərasər Allaha dua etdik, yalvardıq; bəzən də fəryad qopardıq; bəzən üsyan etdik halımıza, haqsızlığa və düşdüyümüz məzlum duruma!
Allahı yanımızda görmədikcə, "Allah!" dedik!
İndi azərbaycanlıların dualarının müstəcəb olan zamanlarıdır!
Dünyada geopolitik yenilənmələr, regiondakı gəlişmələr, dünya çapında baş verən hansısa hadisələr, hətta koronavirus olayı belə, hətta Paşjnyanınn"sorosçu" çıxması da Azərbaycanın xeyrinə işlədi...
İndiki zamanda da belədir!
Ukrayna savaşı birbaşa bizə işlədi və böyük fürsətlər yaratdı!
Faydalandıqmı? Əlbəttə!
Sürəc və fürsətlər yağmaqda davam edir!
Bu baxımdan və böyük anlamda, Nensi Polesinin İrəvana səfəri də bizim xeyrimizədir.
Daha da xeyrimizə olacaq deyə, inanıram.
Allahın "qurduğu" kombinasiyalar, ssenarilər belədir: artıq yanında oldusa, sənə tərəf dönməyə başladısa, hər şeyi xeyrinə çevirər!
Bu çərxi -fələk türklərə dövran edir indi...