Vaxt.Az

Pelosinin səfəri “Asala”nı dirildib


 

ABŞ beyin mərkəzləri qoca provakatorun çıxardığı oyunlara məəttəl qalıb

Pelosinin səfəri “Asala”nı dirildib ABŞ Konqresinin sədri Nensi Pelosinin provakasiyalara xüsusi həvəsi var. Avropa və Amerikanın beyin mərkəzlərində qoca provakatorun çıxardığı oyunlara məəttəl qalırlar.

Tayvana səfərindən sonra ada dövləti havadan asılı qalıb. Çin adanı mühasirə vəziyyətində saxlayıb, bundan sonrakı taleyi sual altındadır. Tayvanın ardınca Rusiyanın bir əyaləti olan Ermənistanı sahibi ilə üz-üzə qoyub.

Kaliforniyanı təmsil edən Nensi xanımın səlahiyyət müddətinin bitməsinə az qalıb. Gələn ilin yanvar ayından Konqresə yeni sədr seçiləcək. Çox güman ki, Konqresin yeni sədri respublikaçı olacaq.

Ermənilərin kompakt yaşadığı Kaliforniya ştatını təmsil edən xanım Pelosinin təbliğatını maliyyələşdirənlər arasında ermənilər ön sıradadırlar. Kaliforniyanın San Fransisco, Los-Angeles kimi iri şəhərlərində erməni lobbisinin əsas mərkəzləri yerləşir.

Ermənistan hökuməti ciddi şəkildə erməni diasporunun maliyyə və intellektual potensialından istifadə etməyə çalışır. Erməni icmalarını güclü edən amillərdən biri də insan resurslarından düzgün istifadə etmələridir. Təbii ki, gündən-günə artan maliyyə imkanları da insan resurslarını təkmilləşdirməyə imkan verir.

Pelosinin səfərinin arxasında Amerikada fəaliyyət göstərən erməni maliyyə mərkəzləri durur: “Fund for Armenien Relief”, “Hayastan All Armenien Fund”, “United Armenian Fund”, “Lincy Foundation”. Bu fondların əsas fəaliyyəti Ermənistana, xüsusilə də qondarma “DQR”ə maliyyə yardımları göstərməkdən, qondarma qurumun tanınması üçün lobbiçilik fəaliyyətindən ibarətdir. Amerika konqresmenlərinin müxtəlif yollarla ələ alınmasında bu mərkəzlərin rolu danılmazdır.

Azərbaycan səfirliklərinə və diplomatlarına qarşı saldırıların arxasında duran bu qurumlar xaricdəki “söyüş müxalifətinin” də əsas dəstəkçiləridir. Pelosinin səfərindən sonra erməni terror təşkilatı “Asala” da zühur edib. Gələn həftə qondarma “artsaxın” tanınması istiqamətində addımlar atılacağı gözlənilir.

Xaricdəki diasporumuzun insan resurslarından düzgün istifadə olunarsa, erməni basqılarını dəf etmək mümkündür.

 





19.09.2022    çap et  çap et