“İRNA” xəbər agentliyinin verdiyi məlumata görə, yanğın sentyabrın 19-u səhər saat 5-də Tehran-Buşehr reysi ilə uçmağa hazırlaşan təyyarənin mühərrikində baş verib.
Sərnişinlər təyyarənin göyərtəsində olarkən mühərrik partlayıb və yanğın başlayıb.
Yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yanğının söndürüldüyü və sərnişinlərdən zərərçəkən olmadığı bildirilib.