Onun son dövrlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.
A.Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.
Polkovnikin çalışdığı idarənin inzibati binası da (Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti 23) Əli Həsənova məxsusdur.
Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Ə. Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.