O, özünün “Twiter” hesabında İran prezidentini terror rejiminə xidmət edən, kütləvi qətl törədən cinayətkar adlandırıb.
“Rəisinin Amerika torpağına ayaq basmasına icazə vermək Co Bayden üçün başıaşağılıqdır” – deyə, senator yazıb.
İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.
Onun Nyu-Yorka səfəri xaricdə, özəlliklə Amerikada mühacirətdə yaşayan iranlı müxaliflərin geniş etirazları ilə qarşılaşıb.