Vaxt.Az

«Putin Sarkoziyə hücüm çəkdi...»


 

«Ona nalayiq sözlər dedi»

«Putin Sarkoziyə hücüm çəkdi...» Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna televiziyalarından birinə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin fövqəladə vəziyyətlərdə danışıqlarda nalayiq ifadələrdən istifadə etdiyini açıqlayıb.

Saakaşvili Rusiya dövlət başçısının dünya liderləri ilə davranışlarında kobudluğa yol verdiyini də dilə gətirib: »Bir dəfə o, Fransanın sabiq prezidenti Nikola Sarkozinin üzünə nalayiq söyüşlər işlətdi, üstünə hücum çəkdi. Hətta onun mükəmməl bir tərcüməçisi vardı. Bu sözlərdən onun gözləri bərəlmişdi. Nalayiq sözlərdən Putin hər bir dövlət başçısının çəkisinə uyğun olaraq istifadə edir. O, bu yöndə individualdır. Kiçik ölkələrin prezidentlərinə isə ümumiyyətlə fikir vermir».

Saakaşvili həmçinin 2008-ci ilin avqust hadisələri zamanı Putinin reaksiyalarına da toxunub: «Mən ona zəng elədim və bildirdim ki, bütün sivil dünya Rusiyanın Gürcüstana təcavüzünü pisləyən bəyanatla çıxış edir. O isə bütün dünyanı «bir yerə yolladı». Mənə dedi ki, qərblilərin bəyanatlarını onların «bir yerinə» sox».

Saakaşvili sonda Putinin rəğbət bəslədiyi dövlət başçıları məsələsinə də aydınlıq gətirib. Ad çəkməyi məqsədəmüvafiq bilməyən sabiq prezident əlavə edib ki, Putinin daha çox sovet ruhlu ölkə başçılarına hörməti var (aktual.az).

 





27.03.2014    çap et  çap et