Vaxt.Az

“Obama kimi xəyanət edir”


 

ABŞ senatorundan Baydenə ağır suçlama

“Obama kimi xəyanət edir” Tom Kotton son günlər on minlərlə iranlı etirazçının İslam Respublikası rejiminə qarşı nümayişlərinə işarə edərək Amerikanın keçmiş prezidenti Barak Obamanın 2009-cu ildə iranlı etirazçılara etdiyi xəyanəti indi bir daha təkrarlanır.

Amerikanın respublikaçı senatoru Tom Kotton İran rejimini qeyri-legitim adlandıran bəyanatında, İranla nüvə sazişi əldə etmək üçün Co Baydenin İran xalqına xəyanət etdiyini bildirib.

Kotton bəyanatında xatırladıb ki, İran vətəndaşı 22 yaşlı Məhsa  Əmininin İranın əxlaq polisi tərəfindən öldürülməsinə, etiraz aksiyaları zamanı onlarla dinc insanın öldürülüb və yaralanmasına baxmayaraq, Co Bayden və demokratların ayətullahlarla daha başqa razılaşmaya üstünlük verirlər.

Co Baydenin sentyabrın 21-də BMT-nin Baş Assambleyasının 77-ci toplantısında İranla bağlı çıxışını xatırladan respublikaçı senator, onun danışıqlarının boş və anlamsız olduğunu söyləyib.

Əməkdaşlarından onunla birgə İran xalqlarına dəstək vermələrini istəyib və Co Baydenin də Barak Obama kimi İran xalqına xəyanət etməinə icazə verməməli olduqlarını vurğulayıb.

 





22.09.2022    çap et  çap et