Bu gün Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının növbəti, 66-cı illik sessiyası başlayır.Agentliyə üzv 175 dövləti təmsil edən nümayəndələr 2021-ci il hesabatı və 2023-cü il büdcəsi, nüvə elmi və texnologiyasının canlandırılması perspektivlərinə aid mövzuları müzakirə edəcək.
Həmçinin agentliyin nüvə və fiziki təhlükəsizliyi sahəsində fəaliyyətinin, xüsusilə Ukraynada təhlükəsizlik və təminatların, eləcə də Yaxın Şərq və KXDR-də təminatların müzakirəsi baş tutacaq.
Baş Konfransın 66-cı sessiyası ilə paralel olaraq Vyana Beynəlxalq Mərkəzində nüvə texnologiyası və elmi ilə bağlı mövzular üzrə elmi forum keçiriləcək.
Bütün elmi forum sessiyaları və plenar iclaslar, o cümlədən vəzifəli şəxs və nümayəndələrin əsas çıxışları konfransın keçirildiyi həftə ərzində canlı yayımlanacaq.
çap et