Vaxt.az xəbər verir ki, qərar internet xidməti göstərən GSM operatorlar, provayder TTNet və Superonline kimi İSP şirkətlərə bildirilib. Qadağanın Telekomunikasiya və Rabitə Nazirliyindən (Telekomünikasyon İletişim Başkanlığı) verildiyi deyilir.
Son vaxtlar youtube.com saytında XİN rəhbəri Əhməd Davudoğlu, Milli Təhlükəsizlik müşaviri Hakan Fidan, Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sınıroğlu və Müdafiə Nazirliyi 2-ci Qərargah rəisi (qərargah rəisinin müavini) ordu generalı Yaşar Gülərə aid səs yazıları (audio) yayınlanmışdı. Gündəmdə bomba effekti yaradan audiolarda seçki öncəsi ölkədə müharibə yaratmaq planları haqda danışılırdı.
Youtube.com saytına daxil olarkən ekrana Telekomunikasiya və Rabitə Nazirliyinə aid olan qadağa pəncərəsi gəlir.