Vaxt.Az

Aksiyalarda teraktlar baş verə bilər


 

Fars-molla rejimi iğtişaşları xarici qüvvələrə bağlamaq üçün dəhşətli ssenarilərə hazırlaşır

Aksiyalarda teraktlar baş verə bilər İran rejimi etirazları yatırmaq məqsədilə iki istiqamətdə hərəkət edir: öz tərəfdarlarını “muzdlu terrorçular və xaos yaradanlar” adlandırdığı etirazçılara qarşı qaldırır və “terror aktları ssenarisini” aktivləşdirir.

Belə ki, Təbrizdə etirazların keçirildiyi bir neçə yerdə “terror aktı” hazırlığının qarşısı alınıb, terrorçular saxlanılıb. Ölkənin Kürdüstan əyalətində isə 65 ədəd ABŞ istehsalı olan avtomat “ələ keçirilib”.

Etirazların keçirildiyi müxtəlif şəhərlər haqda belə iddialar ortaya atılır. Rejim bununla etirazı xarici qüvvələrə bağlamaq və güc yolu ilə yatırmağa zəmin hazırlayır. Aksiyalarda partlayışların törədilməsi istisna deyil.

Ehtimal da var ki, İranın iddia etdiyi “terrorçuları” bağlayacağı ölkələrdən biri Azərbaycan ola bilər. Xudafərin sərhəd zolağında “iki terrorçunun saxlanıldığı” iddiası belə zəminin hazırlandığını deməyə əsas verir. Və bununla həm etirazlara qarşı əməliyyatını həyata keçirməyə, həm də “bölgədə terrorçu qruplaşmalar var” iddiası ilə sərhəd dəyişikliyinə müdaxiləyə bəhanə yaradılır.

Bu ssenariyə qarşı indidən addımlar atılmalıdır. Misal üçün, rəsmi Bakı Xudafərin sərhəd zolağında saxlanıldığı deyilən “iki terrorçu” haqda iddianın əsasını Tehrandan tələb edə, məsələyə aydınlıq gətirə bilər.

 





26.09.2022    çap et  çap et