Vaxt.Az

İran və İlon Mask


 

Rusiyaya verilən PUA-lar Tehrana baha başa gələcək

İran və İlon Mask Etirazlar ölkənin haradasa bütün şəhərlərini əhatə edib. Küçə və meydanları ələ keçirir, avtomobilləri yandırır, polisə hücum edirlər. Təhlükəsizlik qüvvələri başda Tehran olmaqla bir çox şəhərə nəzarəti itirib. İğtişaşları səngitmək məqsədilə avtokrat rejim interneti blokladı.

Ancaq İlon Maskın dövrəyə girməsi ilə “StarLink” İran ərazisi üzərində aktivləşdirildi və internet anındaca bərpa oldu…

Bu il fevral ayının sonunda Ukrayna da bənzər bir vəziyyətlə qarşılaşmışdı. İnterneti bərpa etmək üçün Ukrayna dövləti İlon Maska müraciət etmiş, “SpaceX”in prezidenti də sürətlə müsbət cavab vermişdi. Ancaq…

Ancaq “StarLink” üzərindən interneti vermək üçün ilk öncə yerüstü terminallar quraşdırılması lazımdır. Çünki terminallar olmadan “StarLink”ə bağlanmaq mümkün deyil. Və Mask da sürətlə terminalları Ukraynaya göndərdi.

Siz də xatırlayacaqsınız – mart ayının ilk günlərində terminallar Polşa üzərindən Ukraynaya gətirildi, onların quraşdırılması ilə də internet şəbəkəsi bərpa olundu. O gün yüz minlərlə ukraynalı sosial şəbəkələrdə ““Starlink” – burada. Təşəkkürlər İlon Mask” yazmışdı…

Bəs İranda necə oldu?

Ukraynadan fərqli olaraq internet kəsiləndən qısa bir zaman sonra rabitə bərpa olundu.

Terminallar tez quruldu və internet verildi.

Yəni İran terminalların ölkəyə gətirilməsi üçün zaman itirmədi. Demək ki, onları əvvəlcədən İrana gətirib hazır vəziyyətdə gözləyirdilər.

Mollalar interneti kəsən kimi ABŞ da terminalları işə saldı…

Yoxsa kütləvi iğtişaşlara səbəb Məhsa Amininin əxlaq polisi tərəfindən öldürülməsi deyil?

Bəlkə əsil səbəb Qərbin artıq İranda rejim dəyişikliyinə getmə istəyidir?

Bəlkə ölkədə yeni inqilab havası İranın Rusiyaya PUA-lar verməsindən sonra yarandı?

Unutmayaq ki, İran Rusiyaya hərbi yardım göstərən yeganə ölkədir.

Və əgər Qərb dünyası klerikal islamçıları devirməyə nail olsa, o zaman Rusiya ən ciddi həqiqi müttəfiqini itirmiş olacaq…

Bir gün əvvəl “İlon Mask İran üçün dövrədə” başlıqlı bir status paylaşmışdım. Dünəndən yuxarıda yazdıqlarım haqda düşünür, mövzu ilə bağlı o qədər material tapıb çıxarmışdım ki, dedim hamısını ümumiləşdirim.

Avtokrat rejimlər üçün ən böyük təhlükə Elm və İrfandır!

Gələcək Elmlə Gələcək!

 





26.09.2022    çap et  çap et