O bildirib ki, ABŞ və Fransa Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil:
“Ermənistan anlamalıdır ki, digər oyunçuların öz maraqları var və onların öz maraqları Azərbaycanla münasibətdən keçir. Azərbaycanla olan münasibətlərin proqnozlaşdırılan və həmin o ölkələrin öz maraqlarına cavab olduğundan keçir.
Aydındır ki, müəyyən məsələlərdə onlar Ermənistana dəstək ola bilərlər, amma Ermənistanın əvəzinə bu rəsmi İrtəvanın destruktiv siyasətinə qoşulmaq niyyətində olmayacaqlar və bunu proseslərin axarı da göstərir. Baxmayaraq ki, Mensi Pelosi Ermənistana gəlib-gedib, eyni zamanda anti-Azərbaycan şüarları səsləndirib, amma rəsmi Vaşinqton bir qədər bu dəsti-xətdən uzaqlaşır və Azərbaycanla Ermənistan arasında dialoq təşkil etməyə cəhd göstərir. Buna bariz nümunə kimi Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla olan görüşünə nəzər salmaq olar.
Bu görüşün baş tutması üçün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü bir daha onu göstərir ki, ABŞ hansısa bir tərəflər arasında seçim etmək niyyətində deyil və hər iki ölkə ilə dialoq qurmaq istəyir.
Digər tərəfdən Fransa prezidentinin nümayəndəsinin regiona səfəri də gözlənilən səfər idi. Bu, ondan xəbər verir ki, Fransa da çalışır ki, Azərbaycanla da dialoq qursun və bu dialoq əsnasında öz maraqlarını ifadə edir. Ona görə, bu səfər də ondan xəbər verir ki, Fransa təkcə Ermənistan yox, eyni zamanda Azərbaycanla da dialoqlarını davam etdirməkdə maraqlıdır.
Belə olan halda əlbəttə, Ermənistan yenə də ritorikasını dəyişməyəcəyi təqdirdə nəticə əldə etməyəcək və sonra Azərbaycanın təklif etdiyi şərtlərlə münasibətləri qurmağa məcbur olacaq. Ancaq yeri gəlmişkən, həm Fransa, həm ABŞ rəsmiləri tərəfləri birbaşa dialoqa və sülh müqaviləsinin imzalanmasına çağırırlar.
Bu da ondan xəbər verir ki, hər iki tərəf regionda yeni müharibəni istəmir və müharibə olacağı təqdirdə öz maraqlarını burada zərbə altına alınmış hesab edirlər”.