Vaxt.Az

Zəngəzur İranın dəngəsini pozub


 

İki şimal qonşusu arasında bağlanmış logistik razılaşmanın rəsmi Tehrana təsiri

Zəngəzur İranın dəngəsini pozub İran mediasından qısqanc yanaşma: “Aydındır ki, Zəngəzur dəhlizinin işə salınması və Avrasiya məkanında əsas yükdaşıma marşrutuna çevrilməsi İranın geoiqtisadi maraqlarına ziddir”.

“Fardaye Eghtesad” saytının xəbərinə görə, İran Ticarət Palatasının Araşdırma Mərkəzi yeni hesabatında Azərbaycanın nəqliyyat sahəsindəki planlarını və onun İranın maraqlarına təsirini araşdırıb.

Qazaxıstan Prezidenti Azərbaycana son səfəri zamanı nəqliyyat, enerji, ticarət, dəmir yolu, aerokosmik və rəqəmsal inkişaf sahələrində bir sıra sazişlər imzalayıb. Hər iki dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan və Qazaxıstan arasında 2022-2026-cı illər arasında əməkdaşlığın hərtərəfli inkişafı proqramı müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ən mühüm saziş sayılır.

Tərəflər Cənub-Şərqi Asiya və Çindən başlayan və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və əksər Avropa ölkələrindən keçən Orta və ya Transxəzər dəhlizinin potensialının reallaşdırılmasına sərmayə yatırmaq barədə razılığa gəliblər. 

Azərbaycan və Türkiyə iddia edir ki, Orta Dəhliz Avropa və Asiya arasında ticarət marşrutu kimi Şimal dəhlizindən iqtisadi cəhətdən daha sərfəli və genişdir və məsafəni 2 min kilometr qısaldır.

 Azərbaycan son bir ildə Orta Dəhlizin, xüsusilə Zəngəzur marşrutunun işə salınması üçün böyük səylər göstərib və bu istiqamətdə həmin dəhlizi Avrasiyada yüklərin daşınması məqsədilə əsas marşruta çevirmək üçün Mərkəzi Asiya ölkələrinin əməkdaşlığını cəlb etməyə çalışıb. 

Aydındır ki, Zəngəzur dəhlizinin inkişaf etdirilməsi və Avrasiya məkanında əsas yükdaşıma marşrutuna çevrilməsi “İranın geoiqtisadi maraqlarına ziddir”.

 





30.09.2022    çap et  çap et