Vaxt.Az

Rus qazını istəmirlər


 

Təkcə bir kəmərdə 86 faiz azalma olub

Rus qazını istəmirlər Rusiya və Qərb arasında 1968-ci ildən qurulan qaz ticarəti 2022-ci ildə ildırım sürəti ilə qapanmaya gedir.

25 may 2022-ci ildən Yamal-Avropa (Rusiya-Belarus-Polşa-Almaniya) boru kəməri fəaliyyətini tam dayandırdı. Onun gündəlik buraxıcılıq gücü 90 milyon kubmetr qaz idi. 

Daha sonra (31 avqustdan) “Şimal axını-1” layihəsi ilə Yamaldan Almaniyaya ötürülən qaz (maksimal gündəlik nəql gücü 160 milyon kubmetr).

İndi məlum olub ki, Rusiya-Türkiyə-Avropa marşrutlu “Türk axını” kəməri ilə Avropaya gündəlik nəql edilən qaz həcmləri maksimum 43,1 milyon kubmetrdən 32 milyon kubmetrədək azalıb.

Ukrayna üzərindən Avropaya nəql həcmləri iyun ayından 42 milyon kubmetr ətrafında stabildir, amma vaxt vardı bu marşrutla gündəlik Avropaya 300-310 milyon kubmetrədək qaz nəql edilirdi.

 





01.10.2022    çap et  çap et