SEPAH-ın Qüds Qərargahının ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumata görə, sentyabrın 30-da Zahidanda daha 3 SEPAH zabiti öldürülüb.
Məlumatda polkovnik Seyid Həmidrza Haşimi, Məhəmmədəmin Azərşəkər və Məhəmmədəmin Arifinin müxaliflər tərəfindən öldürüldüyü bildirilib.
Bununla yanaşı daha 32 SEPAH zabiti və üzvünün müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunub.
Xatırladaq ki, eyni gündə İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin komandiri polkovnik Seyid Əli Musəvi də silahlı qarşıdurmada həlak olub.