Vaxt.Az

“Liman tamamilə təmizlənib”


 

Zelenski bəyanat verdi

“Liman tamamilə təmizlənib” “Ukrayna hərbçiləri Donetks vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib”. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında məlumat verib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib”, – dövlət başçısı vurğulayıb.

Zelenski şəhərin azad edilməsinə görə Ukrayna hərbçilərinə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini işğaldan azad edib. Şəhər mayın 26-dan Rusiyanın nəzarəti altında olub.

 





02.10.2022    çap et  çap et