Bazar günü Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan qarşısında çıxış edən Fransis Putinin təşəbbüsü ilə Ukrayna ərazilərinin yeni ilhaqını beynəlxalq hüquqa zidd adlandıraraq pisləyib. O, Putini vəziyyətin gərginləşəcəyi təqdirdə öz xalqının taleyi barədə düşünməyə çağırıb.
Vatikan rəsmilərindən birinin dediyinə görə, papanın emosional çıxışı o qədər faciəvi olub ki, 1962-ci ildə Kuba raket böhranı zamanı Roma Papası XXIII İohanın radio müraciətini xatırladıb.
Keçmişdə Roma papası Fransis Rusiyanın Ukraynaya təcavüzünü tez-tez pisləyib, lakin bu, ilk dəfədir ki, Putinə birbaşa şəxsi müraciət edir.
Fransisk “bu aylar ərzində tökülən qan və gözyaşı çaylarına” yas tutduğunu deyərkən, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskini “ciddi sülh təkliflərinə” açıq olmağa çağırıb.
“Müraciətim ilk növbədə Rusiya Federasiyasının Prezidentinə ünvanlanıb. Mən onu xalqına sevgisi naminə bu zorakılıq və ölüm spiralını dayandırmağa çağırıram”, – deyə Fransis bildirib.