Vaxt.Az

“İbadət edənlərin ürək və başlarını nişan alıblar”


 

Fars rejimi snayperlərlə məsciddə gülləbaran etdi

“İbadət edənlərin ürək və başlarını nişan alıblar” Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid hökumət qüvvələrinin namaz qılan insanları güllələdiyini deyib.

Ötən cümə günü şəhərdə baş verən qarşıdurmalara münasibət bildirərən Moləvi Əbdülhəmid deyib ki, güllələrin çoxu namaz qılanların başlarına və ürəyinə atılıb və məlum olur ki, bunu snayperlər edib.

Movləvi Əbdülhəmid cümə namazından sonra gənclərin polis idarəsinin önünə toplaşaraq etiraz şüarları səsləndirməsi və daş atmasına xüsusi təyinatlıların snayperlə atəşə açaraq cavanları qətlə yetiurməsini sərt tənqid edib:

“Nə üçün polis insanları dağıtmaq üçün gözyaşardıcı qaz, plastik dəyənəklər və s. kimi vasitələrdən istifadə etmədi və bu faciəyə səbəb oldu? Bəzi rəsmilər baş verən hadisənin mahiyyətini təhrif edərək öz səhvlərini başqalarının üzərinə atmağa çalışırlar, halbuki hadisədə polis qüvvələrinin ehtiyatsızlığı açıq və aşkar məlumdur”,- deyə, cümə imamı bildirib.

Qeyd edək ki, Zahidanda hökumət qüvvələrinin dinc əhaliyə atəş açmasının etnik bəluçları qızışdıraraq silahlı qarşıdurmaya cəlb etmək və rejimin daha sərt repressiyalarına zəmin yaratmaq məqsədilə həyata keçirildiyi bildirilir.

İran hakimiyyəti vətəndaşların kütləvi etirazlarını separatçı və silahlı qruplaşmalarla əlasqələndirməyə çalışır.

İran hökumətinin ölü sayının 19, yaralı sayının isə 20 olduğu barədə iddialarına baxmayraq, bəluç fəallar hökumət qüvvələrinin açdığı atəş nəticəsində 58 bəluçun öldüyü, 270 nəfərin isə yaralandığını bildirirlər.

 





03.10.2022    çap et  çap et