İsrail hökuməti Azərbaycan və Finlandiyada yəhudilər üçün qaçqın düşərgələrinin yaradılmasına 90 milyon şekel (23,35 milyon dollar) ayırıb.
Bununla yanaşı, Rusiyadakı yəhudilərin İsrailə repatriasiyası prosedurları sürətləndirilib.
Qərarın müəllifləri maliyyə naziri Aviqdor Liberman və yəhudi inteqrasiyası məsələləri üzrə nazir Pnina Tamano-Şatadır.
Rusiyadan İsrailə on minlərlə yəhudinin mühacirət edəcəyi gözlənilir.
Azərbaycan və Finlandiyada yəhudilər üçün qaçqın düşərgələri ilə Sohnut Yəhudi Agentliyi məşğul olacaq.
Xatırladım ki, sentyabrın 21-də Rusiyada səfərbərlik elan ediləndən bəri ölkəni 260 min nəfər tərk edib.