Böyük Birlik Partiyasının (BBP) mərhum lideri Möhsün Yazıçığlunun ölümüylə bağlı mesaj alan prokuror bu məlumatı izləyiciləri ilə paylaşıb. Əvvəlcə qeyd edək ki, bir müddət əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın BBP liderinin ölümü ilə bağlı əmr verdiyi iddia olunan səs yazılarının yayılacağı bildirilmişdi. Bu audio yazılar paylaşılmadı, amma sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar iddialar səslənməyə başlanıldı.
Zəkəriyyə Özün «twitter» statusundakı ilginc fikirlər: «Möhsün Yazıçıoğlu Ona edilən AKP-yə qatıl təklifini rədd etdi. Onun əlində AKP-İran əleyhinə ciddi məlumatların olması barədə şübhələrin olduğu bildirilir. Möhsün Yazıçıoğlunun olduğu helikopteri Kiş dağı üzərindəykən yaxınlığından uçan «F-4» hərbi təyyarələri tərəfindən təzyiqə məruz qalıb. Helikopterin Hava burulğanına düşürülməsi sonucda qəzaya uğramasına səbəb olub.
Hadisədən 2 saat sonra Yazıçıoğlu olan helikopterinin koordinatları Baş Nazirliyə ötürülüb. Amma bu bilgilər «İrançı nazir» kimi tanınan nazir tərəfindən hər kəsdən gizlədilib».
«Twitter»də daha sonra «Lampaların Tanrısı» kimi tanınan baş nazir Ərdoğanın isə, Yazıçıoğlu üçün «Buraxın ölsün» dediyi iddia olunur.
Statusda həmçinin, Suriyada bir müddət əvvəl qəzaya uğrayan və təyyarədə ölü tapılanların Yazıçıoğlunun helikopterinin düşməsinə səbəb olan «F-4»-ün pilotları olub-olmadığı soruşulur. Və bu mövzuya bir müddət sonra qayıdılacağı bildirilir.