Vaxt.Az

“Yaşamaq istəyirəm”


 

Rus hərbçilərinin vəziyyəti ...

“Yaşamaq istəyirəm” Cəbhəyə göndərilən rus əsgərlərinin vəziyyəti heç də Kremlin təbliğ etdiyi kimi deyil. Belə ki, Yelanda səfərbər olunanların təlim-məşq toplanışında 3 nəfər həlak olub.

Yeni səfərbər edilmişlərdən birinin qeydi: “Biz düzənlik bir yerə gəldik. Heç nə yox idi. Ocaq yandırırıq. Biz heç kimə lazım deyilik. Quru yemək yoxdur. “Qalx” komandası verən yoxdur. Bizi qoyun sürüsü kimi sürürlər”.

Perm ərazisindən səfərbər olunanları 600 kilometrdən çox məsafə qət edərək təlim mərkəzinin divarları yaxınlığında düşürərək gecəni çadırsız və yeməksiz qarlı bir sahədə keçirməyə məcbur ediblər. Həmin gecə havanın temperaturu mənfi 7 dərəcəyə düşüb. Hərbçilər arasında bu ərazi “ölüm vadisi” adlanır. Səlahiyyətlilər vəziyyətə yalnız dərədən çəkilmiş video mediada yayımlandıqdan sonra reaksiya veriblər. Reaksiya da ondan ibarət olub ki, videonu sosial şəbəkədə yayan şəxsi üzr istəməyə məcbur edilib.

Təbii ki, belə şəraitə düşən əsgər üçün ən yaxşısı təslim olmaqdır. Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib ki, son bir neçə həftə ərzində “Yaşamaq istəyirəm” layihəsi Rusiya ordusundan təslim olmaq üçün 2000-dən çox müraciət alıb. Belə bir artım Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları və Rusiyada elan edilmiş səfərbərliyin insanlara göstərdiyi təsir ilə əlaqələndirilir.

 





04.10.2022    çap et  çap et