İtaliya polisi oktyabrın 3-də bu ölkənin Bolonya şəhərində iranlı öyrəncilərin foto və videolarını çəkən Tehran rejiminin iki muzdlusunu saxlayıb.
İranın “Sina Ceramic Industries” şirkətinin baş direktoru Əlirza Əhədiyan guya İtaliyaya sərgidə iştirak etmək üçün gedib.
Onun iranlıların rejimə qarşı keçirdiyi etiraz aksiyasında hansı səbəbdən göründüyü bəlli deyil və aksiyada digər yoldaşları ilə çəkiliş apardıqları bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə İtaliyanın “Korriere de la Sera” qəzetinin verdiyi xəbərə görə, Alessiya Piperno adlı 30 yaşlı qadın Tehran şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
İran hökuməti bu ölkəyə səfər edən xarici vətəndaşları həbs edərək onlara qarşı casusluq və etiraz aksiyalarına dəstək ittihamları irəli sürür.