Moskva və Tehranın İran istehsalı olan pilotsuz təyyarələrin Rusiya ordusuna çatdırılmasını təkzib etməsinə baxmayaraq, Ukraynanın hərbi komandanlığı oktyabrın 5-də özünün “Telegram” kanalında verdiyi açıqlamada dünən gecə 6 “Şəhid-136” sinifli pilotsuz təyyarəni vurduğunu yazıb.
Ukrayna hərbi komandanlığının sözçüsü Natalya Qomnyuk Fransa xəbər agentliyinə bildirib ki, pilotsuz təyyarələr Nikolayev vilayətində vurulub.
Digər tərəfdən, Kiyevdən təxminən 100 km cənubda yerləşən Bila Tserkova şəhərinin qubernatoru İran istehsalı olan kamikadze təyyarələrinin bu əraziyə hücumları nəticəsində bir nəfər yaralandığını və bunun ilk belə hücum olmadığını deyib.