Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir. Öyrəncilər dərsləri dayandıraraq hökumətin repressiyalarına etiraz edirlər. Təbriz və Ərdəbil şəhərlərinin Tibb Elmləri Universitetlərində təhsil alan öyrəncilər dərsləri dayandırıblar.Onlar, öyrənci dostlarının həbs edilməsinə, dinc etirazçılara qarşı sərt repressiyalara etirazlarının bildirir və narazı xalqla həmrəylik nümayiş etdirirlər.
Bundan öncə onlarla Universitetin, o cümlədən Urmu, Təbriz, Ərdəbil, Zəngan və başqa Azərbaycan şəhərlərinin öyrənciləri bəyanat yayaraq tətilə başladıqlarını bildiriblər.
Onlar bəyanatlarında müəllim heyətini etirazçılara qoşulmağa çağırıb və ali təhsil ocaqlarında təhlükəsizlik şəraitinin ləğv edilmədiyi, öyrəncilərin azadlığa buraxılmadığı müddətdə aksiyalarını davam etdirəcəklərini bildiriblər.
çap et