Bu görüş ərəfəsində həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəlik götürərsə, danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur. Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı – Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı.