Onun sözlərinə görə, sülh gündəliyinin konkret düstur üzrə həyata keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. N.Paşinyan həmin düsturu əvvəlki müsahibəsində açıqladığını deyib.
Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.
Nikol Paşinyan 44 günlük müharibədəki kapitulyasiyaya görə keçmiş prezidentləri günahlandırıb.
O, keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə o vaxtkı xarici işlər naziri Vardan Oskanyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.
“Ermənistan Madrid prinsiplərini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı”, – N.Paşinyan deyib.
Baş nazir həmçinin keçmiş prezident Serj Sərkisyanı və sabiq xarici işlər naziri Edvard Nalbəndyanı da günahlandırıb: “Kimsə günahı mövcud hakimiyyətin üzərinə atmağa çalışmamalıdır”.