Vaxt.Az

Paşinyan elə bir sənədə qol çəkdi ki...


 

Götürdüyü öhdəlikdən sonra məsuliyyətdən qaçmaq çətinlik olacaq

Paşinyan elə bir sənədə qol çəkdi ki... “İndiyə qədər Azərbaycanın sülh təşəbbüsünə erməni lobbiçilərinin, təbliğatçılarının və revanşistlərinin reaksiyası isterik və pozucu olub”. Bunu amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Ermənistan Fransa və digər beynəlxalq birlik üzvlərinin şahidi olduğu bir qərara imza atdı:

“Erməni lobbiçiləri, revanşist qüvvələr sülh və inteqrasiya potensialını mənimsəməkdən və sərhədlərə hörmətlə bağlı qarşılıqlı öhdəliyi qeyd etməkdənsə, bu qeyri-müqəddəs ittifaq mediada “sülhün” sonunu və Ermənistanın müstəqilliyinə təhdid yaradacaq çıxışlar, bəyanatlar, addımlarla yadda qalırlar.

Heç kim Paşinyanı Praqadakı dördtərəfli sülh danışıqlarında iştiraka məcbur etməyib. Bəziləri Rusiyanın bu vəziyyətə Ermənistan-Azərbaycan münasibətlərinə siyasi müdaxiləsinin açıq-aşkar sona çatmasından təəssüfləndiklərini belə gizlədə bilmirlər.

Ehtimal etmək olar ki, şikayət etmək məqsədilə tutarlı səbəblər tapmaq və mediada öz zəifləyən təsirlərini saxlamaq üçün yenə də destruktiv fəaliyyətdə olacaqlar. Çox güman ki, Ermənistana gələcək təxribatlar üçün onların təzyiqi davam edəcək. Lakin Paşinyan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ictimai öhdəlik götürdükdən sonra məsuliyyətdən boyun qaçırmaqda çətinlik çəkəcək.

Bu məqamda Ermənistandan üçtərəfli razılaşmaya uyğun olmayan hər yerdən qoşunlarını çıxarmağı tələb etmək lazımdır. İndiki məqamda bu, Ermənistanın etimadı məsələsi deyil, daha çox Aİ və digər beynəlxalq birlik üzvlərinin şahidi olduğu beynəlxalq bir qərardır ki, Ermənistan onu pozmağa cəhd edərsə, mübahisə etmək olmaz. Çünki Bakı bundan sonra nə addım atsa, haqlı görünəcək”.

 





08.10.2022    çap et  çap et