- «Bank Technique» ASC-dən daxil olmuş material üzrə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı «İnteralyans» MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə şirkətlər yaratmaqla onların adına müxtəlif vaxtlarda hissə-hissə 18 milyon 715 min 552 manat, «Meridian Company» MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan onlara ittiham elan edilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.