Amma qərar doğru idimi? Yox. FİA və FOM yenə edəcəyini elədi. Keçən il Verstappen necə çempion oldu. Bu il də Monako, Sinqapur yarışlarında açıq formada “Red Bull”a tərəf tutuldu. Keçən ili yenə keçmək olar. Çünki bəzi hallarda Hamiltona da güzəştlər olmuşdu. Məsələn, Ciddədə Hamilton üçüncü xəbərdarlığı alıb, yarışa 10 yer geridən başlamalı idi. Amma xəbərdarlıq verilmədi.
Bu il isə əvvəlcə Monakoda Peres pit çxışında xətti tapdaladı, amma cəza verilmədi. Sinqapurda isə üç dəfə təhlükəsizlik maşını arxasında qayda pozdu. Yenə də cəza yoxdur. Sadəcə 5 saniyə cəza verilir. Gülməlidir.
Bu gün isə FİA və FOM “Honda”nın könlünü xoş tutmaq üçün reqlamenti dəyişir və Verstappen ikiqat Dünya Çempionudur. Düzdür, buna bir söz demirəm. Onsuz da rahatlıqla ABŞ-da çempion olacaqdı. Amma belə olmaz. Bu Maks üçün də pisdir. Hər çempionluğuna bir ləkə salınır. Nə var-nə var “Honda” xoşbəxt olsun.