Avro
Ötən həftənin cümə günü əmək bazarına dair statistik göstəricilərin artımla açıqlanması, eləcə də FED-in iqtisadiyyatın zəifləməsinə baxmayaraq, yüksək inflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasəti davam etdirməsi və cari həftənin cümə axşamı dərc olunacaq inflyasiya göstəricilərinin yüksək proqnozlaşdırılması fonunda dollar indeksi yenidən bahalaşır. İnflyasiya göstəriciləri proqnozlaşdırılan kimi yüksək açıqlanarsa, avro 0.96 dollara kimi ucuzlaşa bilər.
Funt-sterlinq
Bu həftə İngiltərədə açıqlanacaq əmək bazarı və ÜDM göstəriciləri iki valyuta cütlüyündəki tendensiyanın gedişatında həlledici rol oynaya bilər. Göstəricilər zəif açıqlanar və dollar indeksindəki yüksəliş davam edərsə, funt dollar qarşısında 1.08 dollara kimi ucuzlaşa bilər.
Lirə
Ötən həftə 18.60 hədlərinə kimi yüksələn dollar-lirə məzənnəsi tarixi maksimumlarını yenilədi. Türkiyə iqtisadiyyatı üzərində artan təzyiqlər fonunda dollar cütlüyü 19.0000 hədlərinə kimi bahalaşa bilər.
Neft
“OPEC+”-un ABŞ-ın qlobal neft qiymətlərini aşağı saxlamaq cəhdlərinə cavab olaraq, neft hasilatını azaltmaq qərarından sonra, dolların möhkəmlənməsinə baxmayaraq, cümə günü 5 həftənin ən yüksək səviyyəsinə yüksələn neft qiymətləri gündəmdə qalmaqda davam edir. 100 dollarlıq psixoloji hədd yuxarıya doğru qırılarsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Qızıl
Ötən həftə 1730 dollara kimi bahalaşan qızıl burada müqavimətlə qarşılaşaraq yenidən 1695 dollara kimi ucuzlaşdı. Dollar indeksindəki yüksəliş davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1620 dollara kimi düşə bilər.