Vaxt.Az
ABŞ-da “NFP” açıqlandı
İş yerləri artıb, əməkhaqqı azalıb
ABŞ-da əmək bazarına dair statistik göstəricilər (NFP) dərc olundu. Qeyri-kənd təsərrüfatı sektorunda avqust ayında 250 min yeni iş yerinin yaradılması proqnozlaşdırılsa da, nəticə proqnozları üstələyərək 263 min olub. İyul ayında isə bu göstərici 315 min olaraq açıqlanmışdı.
Ümumi işsizlik səviyyəsi isə 3.7 faizdən
3.5 faizə kimi düşüb.
Orta saatlıq gəlirlər aylıq müqayisədə
0.3 faiz – gözləntilərə uyğun olaraq açıqlansa da, illik müqayisədə 0.1 faiz
geriləyərək 5 faiz olub.
07.10.2022 çap et