2022-ci ilin doqquz ayında Ukraynanın ümumi daxili məhsulu (ÜDM) təxminən üçdə bir azalıb. Bu barədə şənbə günü Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.“2022-ci ilin ilk üç rübünün nəticələrinə görə, Ukraynada ÜDM-in azalması 30 faiz səviyyəsində qiymətləndirilir”, - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, avqustda olduğu kimi sentyabrda da ölkədə ÜDM-də azalma 35 faizə yaxın olub.
Bundan əvvəl Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko bildirmişdi ki, ölkənin İqtisadiyyat Nazirliyi 2022-ci ildə Ukraynanın ÜDM-nin 35-40 faiz azalacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2022-ci ildə Ukraynanın ÜDM-i 35 faiz azalacaq.
çap et