“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın “Enagas” şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur”, – nazirlikdən bildiriblər.
Mənbənin sözlərinə görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın “Tecnicas Reunidas” şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir.
Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər. (Trend.az)