Vaxt.Az

“Marşrutun potensialı tam reallaşdırılmayıb”


 

İki yol arasında fərq 500 km-ə yaxındır

“Marşrutun potensialı tam reallaşdırılmayıb” “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) potensialı hələ tam reallaşdırılmayıb”. Bunu USAID-in Qazaxıstandakı rəsmi nümayəndəsi deyib.

Onun sözlərinə görə, Aktaudan Rusiyadan keçməklə Poti limanına qədər daxili marşrutun uzunluğu 1792 kilometr, Trans-Xəzər marşrutu isə 1300 kilometrdir.

“Xəzər dənizinə çıxış Qazaxıstan iqtisadiyyatı, eləcə də Mərkəzi Asiyadan yük tranziti üçün vacibdir. Qazaxıstanın mövqeyi nəzərə alınsa, bu ölkə Xəzər dənizində mühüm tranzit qovşağına çevrilə bilər, amma bunun üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə inteqrasiya olunmuş səmərəli tranzit sisteminin inkişafı vacibdir”, – USAID nümayəndəsi bildirib.

Hazırda bu potensialın tam reallaşmadığını qeyd edən nümayəndə əlavə edib ki, Mərkəzi Asiya ölkələri Trans-Xəzər marşrutunun üstünlüklərini Avropa bazarına çıxmaqda görür.

“Qazaxıstan və Azərbaycan Transxəzər Dəhlizinə başlıca layihə kimi baxırlar, çünki Mərkəzi Asiya yükdaşıma şirkətləri ənənəvi olaraq yüklərin Avropaya daşınması üçün nəqliyyat dəhlizi kimi Rusiyaya etibar ediblər. İndi onlar tarixi İpək Yolu boyunca uzanan alternativ marşrutlar axtarırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Qafqaz ölkələri ümumilikdə bu layihəni dəstəkləyib. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkmənistan daşımaları asanlaşdırmaq və sürətləndirmək üçün birgə işləyən şirkətlərdən ibarət yeni konsorsiumlar yaradıblar. (Trend.az)

 





10.10.2022    çap et  çap et