Rusiya ordusunun vəziyyəti ağırdır. Ona görə də Kreml sahibi Belarus ordusunun sərhədi keçərək Ukrayna ordusunun problemlərini artırmağa çalışır. Aleksandr Lukaşenko müharibə başlayandan Putinin planlarında yer almaq istəmirdi, ancaq Putinin bəzi istəklərini yerinə yetirirdi. Rusiya Belarus ərazisindən Ukrayna ərazisinə raket zərbələri endirir və dəmir yollarından istifadə edirdi. Putinə artıq bu azdır, Belarus ordusunun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Belaruslar Ukraynaya qarşı savaşda iştirak edib ölmək istəmirlər. Bunu Lukaşenko da bilir, ancaq “böyük qardaşın” istəyini də rədd edə bilmir. Lukaşenko Belarusun müharibəyə qoşulmasını Ukraynanın “təxribatına” cavab kimi əsaslandırmağa çalışa bilər. Belarus Rusiyanın işğalçı müharibəyə qoşularsa Ukraynanın tərəfdaş ölkələrdən daha böyük dəstəyə ehtiyacı olacaq.